» » Hökumətdən saxlanılan terrorçu ilə bağlı -

Hökumətdən saxlanılan terrorçu ilə bağlı - İlk açıqlama

Bölmə: Dünya, BLOK XƏBƏR
Hökumətdən saxlanılan terrorçu ilə bağlı -

Xəbər verdiyimiz kimi, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov tutulub.

Xalqinfo” İHA-ya istinadən xəbər verir ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu terrorçunun saxlanılması ilə bağlı tvitter hesabından açıqlama verib. O, Daxili İşlər Nazirinə və təhlükəsizlik qurumlarına təşəkkürünü bildirib.

“Reina qətliamçısını ələ keçirən, nazirimiz Süleyman Soylu başda olmaqla polis və kəşfiyyat qurumlarına millətimizin adından təşəkkür edirəm”,-deyə Mövlud Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler