» » İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Video + Yenilənib

İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Video + Yenilənib

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Video + Yenilənib

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov, nəhayət, tutulub.

Xalqinfo” “Posta” qəzetinə istinadən xəbər verir ki, terrorçu İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində 4 yaşlı oğlu ilə birlikdə yaxalanıb.

Qeyd edək ki, Ə. Maşaripov hücumdan sonra oğlunu da götürərək qaçıb.

Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.

***

“Posta” xəbər verir ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.

***

“Milliyet”in məlumatına görə, terrorçunun qaldığı ev qırğız əsilli dostuna məxsus olub və o, ora 3 gün öncə gedib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Video + Yenilənib
İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Video + Yenilənib
İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Video + Yenilənib
İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Video + Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler