» » Məşhurlar Trampa qarşı

Məşhurlar Trampa qarşı

Bölmə: Dünya
Məşhurlar Trampa qarşı

ABŞ-ın yeni lideri Donald Trapmın prezidentlik şərəfinə tərtib edəcəyi mərasimə heç bir məşhur qatılmaq istəmir.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şənliyə dəvət edilən ulduzların bir çoxu iştirakdan imtina edib. Həmin məşhurlar arasında Castin Timberleyk, Bruno Mars, Cey Z, repçi Ays-T,Devid Foster və Selin Dion kimi şəxslər var. Donlad Trampın baş müşaviri Kelli Convey qatıldığı verilişlərdən birində bildirib ki, Castin Timberleyk və Bruno Marsı dəvət etsə də, onlar təklifə cavab verməyiblər. Tanınmış reper Ays-T bəyan edib ki, Trampın komandası zəng edərək onu tədbirə dəvət edib. Lakin o, telefonu söndürüb və nömrəni qara siyahıya atıb.

Tədbiri təşkil edən kampaniyanın rəhbəri Tom Barrak məşhurların bu hərəkətinə reaksiya verib. O, sosial media hesabında “Trampın məşhura ehtiyacı yoxdu, istəmir də. Onsuz da özü ən məşhur şəxs olaraq səhnədə yerini alacaq”,- yazıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler