» » Qızları Qarabağa görə abort edirlər- Ermənistanda


Qızları Qarabağa görə abort edirlər- Ermənistanda

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Qızları Qarabağa görə abort edirlər- Ermənistanda

Xalqinfo.az bildirir ki, Ermənistanda da mütəxəssislər selektiv abortların gender bərabərliyini pozmasından narahatdır. «Newsweek» jurnalı Ermənistanın yaxın gələcəkdə subay kişilərin cəmiyyətinə çevriləcəyini yazır.

Ermənistanda da ailələrin çoxu oğlan uşaqlarına üstünlük verir, dölün qız olduğunu biləndə analar bəzən məcbur edilərək, bəzən də istəyərək aborta gedirlər. Qızların doğulmasına, çox vaxt ailədə oğlan uşağı varsa, imkan verilir.

DÜNYADA 3-CÜ YER

BMT-nin Əhali Fondu – UNFPA bildirir ki, Ermənistan selektiv aborta görə dünyada 3-cü yeri tutur. Orta hesabla Ermənistanda ildə 1400 qız uşağının doğulmasının qarşısı alınır.

«10-20 ildən sonra biz qadın qıtlığıyla üzləşəcəyik, doğumun azalmasını da nəzərə alsaq, bu, Ermənistanda ciddi demoqrafiq böhranla sonuclanacaq… 2060-ci ilə Ermənistanda 100 min ana doğulmamış olacaq və biz subay kişilərdən ibarət cəmiyyətə çevriləcəyik». Bunu, UNFPA-nın Ermənistandakı təmsilçisinin yardımçısı Garik Hayrapetyan deyib.

«The Guardian» qəzeti yazır ki, Ermənistan selektiv abortların sayına görə yalnız Çindən və Azərbaycandan geri qalır. Qəzet Azərbaycanda, rəsmi məlumata görə, 2016-cı ilin birinci rübündə doğulan uşaqların 53%-nin oğlan olduğunu qeyd edir. Çində isə abortlar ailələrin cəmi bir uşağa sahiblənməsinə icazə verilməsi ucbatından populyar olub. Amma keçən ildən bu məhdudiyyət ləğv edilib.

OĞLAN – MÜDAFİƏÇİ

«The Guardian» qəzeti yazır ki, bəzi analitiklər Azərbaycan və Ermənistanda qız uşaqlarının abortunu Qarabağ münaqişəsiylə bağlayırlar. Guya Qarabağ müharibəsi hər iki ölkədə müdafiəçilərə – oğlanlara ehtiyac təəssüratı yaratdığından, ailələr qızlardan imtina edirlər.

UNFPA isə Ermənistanda qızların abortunu «patriarxal quruluş»la, ailələrin uşaqların sayının azlığına üstünlük verməsiylə, bir də uşağın cinsiyyətinin öncədən bilinməsinə və aborta asanlıqla icazə verilməsiylə bağlayır.

Abort Ermənistanda ailə planlanmasında əsas vasitələrdən biridir, həm də dövlət səhiyyə orqanlarında bu əməliyyat qanunla pulsuzdur. 2016-cı ilin ortalarında Ermənistan parlamenti abortları azaltmaq məqsədilə xüsusi qanun qəbul etdi. Həmin qanun həkimin abortdan öncə ananı sorğu-suala tutmasına, cinsiyyətə görə abortlardan imtinaya icazə verir. Bundan başqa, ananın sağlamlığına təhlükə yoxdursa, ana zorlanmayıbsa, yaxud uşağı tək böyüdəsi deyilsə, 12 həftəlik dölün məhvinə yol verilməməlidir.

KÖKÜNDƏN HƏLL

Amma Ermənistanda qadın haqlarının müdafiəsiylə məşğul olan təşkilatlar yeni qaydalara etiraz edirlər. Onlar hesab edirlər ki, Ermənistan kimi patriarxal cəmiyyətdə bu cür qanunlar keçərli deyil və yalnız təhlükəylə sonuclana, yəni gizli və qadınların sağlamlığına təhlükəli abortlara səbəb ola bilər. Yerevandakı Qadın Resurs Mərkəzindən Anush Poghosyan AFP-yə müsahibəsində qızların abortunu önləmək üçün problemin kökündən həllini tövsiyə edib:

«Məsələnin kökündə dayanan patriarxal mentalitet və geniş yayılmış yoxsulluqdur… Qadınla kişiyə eyni hüquq verilsə, qadın da kişi kimi uğurlu, nüfuzlu, maddi baxımdan müstəqil olsa, heç bir valideyn qızla oğlan arasında seçim etmək istəməz».

Qəzet Ermənistanda selektiv abortun Sovet İttifaqından sonra geniş vüsət aldığını qeyd edir.

UNFPA-nın məlumatına görə, 2012-ci ildə Ermənistanda 100 qız uşağına 114 oğlan doğulub. Normada 100 qıza 102-106 oğlan olmalıdır.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler