» » Kadırov Stalini lənətlədi

Kadırov Stalini lənətlədi

Bölmə: Dünya
Kadırov Stalini lənətlədi

Çeçenistan prezidenti Ramzan Kadırov İosif Stalini lənətləyib.

Xalqinfo” xəbər verir ki, o, “İnstagram” hesabında Stalin tərəfindən çeçenlərin Qazaxıstan və Orta Asiyaya deportasiya prosesini ölkə tarixində ən dəhşətli hadisələrdən biri kimi dəyərləndirib.

“İosif Stalin çeçenləri və digər xalqları uçurumun kənarına sürükləyib. Qoy ona bütün əsrlər boyu lənət oxunsun. Yeni dövlət başçısı Nikita Xruşev ölkədə ədalətin bərpasını əldə edib və çeçenləri öz doğma vətənlərinə qaytarıb. Biz buna görə ona dərin təşəkkürümüzü bildiririk”, - deyə Çeçenistan prezidenti yazıb.

Xatırladaq ki, Çeçen və İnquşetiya xalqının kütləvi deportasiyası İ. Stalin tərəfindən 1944-cü il fevralın 23-də həyata keçirilib. Buna rəsmi səbəb kimi onların faşistlərlə əlbir olmaları göstərilib.

Çeçen və inquşetiyalıların ölkəyə geri qayıtmalarına 1957-ci ilin yanvarında icazə verilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler