» » Yanukoviçin araqlarına həbs qoydular

Yanukoviçin araqlarına həbs qoydular

Bölmə: Dünya
Yanukoviçin araqlarına həbs qoydular

Kiyev şəhərinin Peçerski rayon məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin “Mejiqore” iqamətgahındakı spirtli içkilər kolleksiyasına həbs qoyub.

Xalqinfo.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarı ölkənin məhkəmə hökmlərinin vahid reyestrində dərc edilib.

Spirtli içkilərin kolleksiyasına həbs “Mejiqore” iqamətgahının qanunsuz mənimsənilməsi haqqında cinayət işinin araşdırılması çərçivəsində qoyulub. Bildirilir ki, həbs qoyulan içkilər Kiyev vilayətində yerləşən “Mejiqore”nin təbii sərhədlərinin ərazisindədir.

Məlumata görə, kolleksiyada minlərlə müxtəlif spirtli içki butulkası var. Onların arasında 1913-cü ildə hazırlanan şərab da var.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler