» » Tramp 60 illik ənənəyə son qoydu

Tramp 60 illik ənənəyə son qoydu

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Tramp 60 illik ənənəyə son qoydu

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp son 60 il ərzində inaqurasiyanın şərəfinə paradları şərh edən diktorun xidmətlərindən imtina edib.

Xalqinfo.az xəbər verir ki, bu haqda “ABC7 News” telekanalı bildirib.

Telekanalın məlumatına görə, 89 yaşlı Çarlz Brotnam 1957-ci ildən diktor kimi işləyir. O, həmin vaxt ilk dəfə ABŞ prezidenti Duayt Eyzenhauerin inauqurasiya mərasimini şərh edib. Həmin vaxtdan 11 Amerika prezidentinin inaqurasiyasında diktor olub.

Brotnam Trapın qərarını şərh edib. O deyib ki, Ağ Evin gələcək başçısının qərarı onun ürəyini sındırıb.

“Mən bunu 60 ildir edirdim. Mən məhv olmuşam”,- deyə diktor bildirib.

Onun sözlərinə görə, artıq Trampın inauqurasiyası üçün hazırlığa başlamışdı. Donald Tramp 89 yaşlı diktorun yerinə 58 yaşlı radio aparıcısı Stiv Reyi seçib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler