» » Papa zirehli maşından imtina etdi

Papa zirehli maşından imtina etdi

Bölmə: Dünya
Papa zirehli maşından imtina etdi

Roma papası Fransisk zirehli avtomobilə əyləşməkdən imtina edib. Papa onu gözləyən təhlükədən xəbərdar olsa da, zirehli avtomobildən imtina edib.

Xalqinfo.az Avtosfer.az-a istinadən xəbər verir ki, onun bütün sələfləri gülləkeçirməyən papamobildən və ya limuzindən istifadə edib. Halbuki, Papa öz xarici səfərlərində adi avtomobildən istifadə edir.

“Ola bilər ki, mən məsuliyyətsizəm, riskləri nəzərə almıram. Özümə görə qətiyyən qorxmuram. Amma deməliyəm ki, mənimlə səfər edən insanlara görə narahat oluram”, – italyan jurnalist və Vatikan üzrə mütəxəssis Andrea Torniellinin “Səfərlər” kitabında Papanın bu sözləri qeyd olunub.

Kitabda Papanın 2013-cü ildən bu günə qədər etdiyi səfərlər qeyd olunub. Yeni ildə Papanın Portuqaliyaya, Hindistana və Banqladeşə səfərləri gözlənilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler