» » Böyük Britaniyanın Baş naziri Ərdoğanla müzakirələr apardı

Böyük Britaniyanın Baş naziri Ərdoğanla müzakirələr apardı

Bölmə: Dünya
Böyük Britaniyanın Baş naziri Ərdoğanla müzakirələr apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Teresa May arasında telefon danışığı olub.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı Böyük Britaniyanın Baş naziri İstanbul və İzmirdə törədilən qanlı terror aktları ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı verib.

Teresa May İstanbul və İzmirdə törədilən qanlı terror aktlarını şiddətlə qınadığını bildirib.

O deyib ki, Böyük Britaniya terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır.

Baş nazir sözügedən terror aktlarında həlak olan dinc insanların yaxınlarına başsağlığı verib.
Teresa May Kipr məsələsini də Ərdoğanla müzakirə edib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler