» » Karlovun qətli ilə bağlı 5 nəfər həbs edildi

Karlovun qətli ilə bağlı 5 nəfər həbs edildi

Bölmə: Dünya
Karlovun qətli ilə bağlı 5 nəfər həbs edildi

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətli ilə bağlı 5 nəfər həbs edilib.

Xalqinfo.az-ın xəbərinə görə, bu barədə “Anadolu” İzmir şəhərinin prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, həbs edilənlərdən dördü qatil Mövlut Mert Altıntaşın polis orqanlarında çalışan həmkarlarıdır. Beşinci şəxsin isə FETÖ fəalı Süleyman Ergen olduğu bildirilir. Məlumata görə, o, İzmirdə Altıntaşın təhsil aldığı Rüştü Ünsal adına polis məktəbinin kursantları arasındakı FETÖ tərəfdarlarına kuratorluq edibmiş.

Saxlanılan şəxslər silahlı terror təşkilatına üzvlükdə ittiham olunurlar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler