» » Lukaşenkonun oğlu “Madaqaskar”da şir oldu

Lukaşenkonun oğlu “Madaqaskar”da şir oldu

Bölmə: Dünya
Lukaşenkonun oğlu “Madaqaskar”da şir oldu

Belarus prezidenti Aleksandr Lukaşenkonun 12 yaşlı kiçik oğlu Nikolay Yeni il mərasimində nümayiş olunan “Madaqaskar” cizgi filmində şir Aleks rolunu oynayıb.

"Xalqinfo" xarici mediaya istinadən xəbər verir ki, tədbir Minskdə internat evində pedaqoqlar, təqaüdçülər və əlillər üçün təşkil edilib.

Yaşlı insanlara həmçinin bir çox hədiyyə, o cümlədən Lukaşenkonun evindən süd məhsulları verilib.

“Bunlar bizim ev məhsullarımızdır. Biz süddən kəsmik, xama və bütün süd məhsullarını hazırlayırıq”, - deyə Belarus liderinin oğulu deyib.

O, əlavə edib ki, əgər süd məhsulları təqaüdçülərin xoşuna gəlsə, onlara yenə gətirəcək.(Publika.az)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler