Türkiyədə polislə terrorçuların silahlı atışması - 2 şəhid, 10 yaralı + Yenilənib
05 yanvar 2017 18:22
Baxış: 261
Şərh: 0
Çap
Türkiyənin İzmir şəhərində Ədliyyə binası yaxınlığında partlayış baş verib.
“Xalqinfo” Türkiyə KİV-nə istinbadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili yardım və polis əməkdaşı cəlb olunub.
Hadisə şahidlərinin sözlərinə görə, ərazidə bir avtomobil yanır. Partlayış nəticəsində yaralıların da olduğu qeyd edilir.
İlkin məlumata görə, partlayışa səbəb avtomobilə yerləşdirilən bomba olub.
***
Son məlumata görə, partlayışdan sonra naməlum şəxslər Ədliyyə binasına daxil olaraq ətrafa atəş açıblar.
İşçilərin stulların altında gizləndiyi bildirilir. İlkin ehtimala görə, 3 nəfər yaralanıb, bir terrorçu isə öldürülüb.
***
CNN türk telekanalı 2 terrorçunun öldürüldüyünü, 1-nin isə axtarışda olduğunu açıqlayıb.
***
İlkin məlumatlara görə, hadisə nəticəsində 1 polis şəhid olub, 3-ü polis, 7-si mülki vətəndaş olmaqla 10 nəfər xəsarət alıb.
***
CNN türk telekanalının məlumatına görə, 1 ədliyyə işçisi də şəhid olub.
Əlaqə üçün E-mail: xalqinfo@mail.ru
BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az
|