» » “Reina” terrorçusuna bənzədib ölümünə döydülər

“Reina” terrorçusuna bənzədib ölümünə döydülər

Bölmə: Dünya
“Reina” terrorçusuna bənzədib ölümünə döydülər

Yeni il gecəsi İstanbulda "Reina" gecə klubunda 39 nəfəri qətlə yetirən terrorçunun axtarışları davam edir.

"Xalqinfo"-nun Türkiyyə KİV-ə istinadən xəbərinə görə, 4 gündür İstanbulun altını-üstünə çevirən təhlükəsizlik işçiləri terrorçunu tutmaq üçün ciddi səylər göstərir.

155 saylı "qaynar xətt"ə də terrorçu ilə bağlı yüzlərlə məlumat daxil olur.

Bu gün günorta saatlarında isə bənzər bir məlumat İstanbulun Pendik rayonundan daxil olub. Yolda gedən bir şəxsi terrorçu' sanan vətəndaşlar əvvəlcə onu ölümünə döyüb daha sonra polisə məlumat veriblər. Hadisə yerinə gələn polis qrupları həmin şəxsi bölməyə aparıblar. Onun terrorçu ilə əlaqəsi olmadığı aydın olub. Üzü və bədəninin müxtəlif yerlərindən yaralanan şəxs daha sonra sərbəst buraxılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler