» » Rusiya Donbasdakı qoşunlarını ixtisar edib

Rusiya Donbasdakı qoşunlarını ixtisar edib

Bölmə: Dünya
Rusiya Donbasdakı qoşunlarını ixtisar edib

Ukraynanın şərqində Rusiyanın nizami qoşunları ixtisar edilib.

"Xalqinfo" “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Stepan Poltorak bildirib.

Onun sözlərinə görə, işğal edilmiş rayonlarda qanunsuz silahlı birləşmələrinin təxminən 40 min üzvü var. Onlardan 5 mini Rusiya Silahlı qüvvələrinin hərbi qulluqçularıdır.

“Onlar Donbasda silah və hərbi texnikanın böyük miqdarını toplayıblar: təxminən 600 tank, 1300 hərbi maşın, 760 artilleriya sistemi və 300 reaktiv yaylım atəş sistemi”, - deyə Poltorak bildirib.

Eyni zamanda, “Facebook” səhifəsində hərbi ekspert Dmitri Sneqirev yazıb ki, Donbasda yerli döyüşçülər çoxdan vuruşmurlar:

“Döyüşçülərin böyük əksəriyyəti rusiyalılardır. Hətta “xalq ordusu”nun 70 faizi Rusiyanın vətəndaşları olan etnik ruslardır. Unutmaq lazım deyil ki, Donbasda Rusiyanın nizami qoşunu var. Müxtəlif qiymətləndirilmələrə görə, onların sayı 7 mindən 10 minə qədər təşkil edir. Hərçənd rəsmi mənbələr nədənsə Rusiya hərbçilərinin sayını azaldır”.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko daha əvvəl verdiyi açıqlamasında işğal edilmiş ərazilərdə 40 mindən çox rus hərbçisinin olduğunu bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, onlardan 9 mini ali hərbi təhsillidir. Poroşenko əraziyə birbaşa olaraq həmin zabitlər tərəfindən rəhbərlik edildiyini deyib.(Publika.az)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler