» » Türkiyə ABŞ-ı İncirlikdən çıxara bilər -

Türkiyə ABŞ-ı İncirlikdən çıxara bilər - RƏSMİ

Bölmə: Dünya
Türkiyə ABŞ-ı İncirlikdən çıxara bilər -

“Koalisiya qüvvələrinin Əl Bab əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə dəstək verməməsi düşündürücüdür. Bu vəziyyət İncirlik bazası ilə bağlı məsələni gündəmə gətirir”.

Xalqinfo.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık jurnalistlərə açıqlamasında deyib.

“Müttəfiq ölkələrin, xüsusilə NATO-da uzun illər birlikdə olduğumuz ölkələrin əməliyyata dəstək verməməsi düşündürücüdür. Bu, bizdə ciddi narahatlıq yaradır. Bu həm də Türkiyə içərisində İncirlik hərbi hava bazasının istifadəsi qaydalarını yenidən gündəmə gətirir. Ancaq NATO ilə uzunmüddətli əlaqələrimiz var, problemlərimizi danışaraq həll etmək məcburiyyətindəyik. Bu mövzu ilə əlaqədar istər hərbi, istərsə də digər səviyyələrdə danışıqlarımız davam edir. Ümid edirik ki, başda ABŞ olmaqla bütün koalisiya gücləri “Fərat Qalxanı” harəkatında Türkiyənin ehtiyac duyduğu dəstəyi verəcək, bu istiqamətdə lazım olan addımlar çox gecikmədən atılacaq”, - deyə nazir bildirib.(publika.az)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler