» » Putinin dostu 180 milyon pensiya alacaq

Putinin dostu 180 milyon pensiya alacaq

Bölmə: Dünya, MANŞET
Putinin dostu 180 milyon pensiya alacaq

ABŞ-ın dövlət katibi postuna namizəd “ExxonMobil” şirkətinin başçısı Reks Tillerson şirkətdən 180 milyon dollar pensiya alacaq.

Xalqinfo.az xəbər verir ki, bu haqda “Wall Street Journal” nəşri bildirib.

Bundan başqa, bildirilir ki, Tillerson şirkətdəki səhmlərini sata biləcək. Hazırda onun sahib olduğu 600 min səhm təxminən 54 milyon dollar dəyərə malikdir.

Qeyd edək ki, dövlət katibi postuna bir çox namizədlərin adı çəkilsə də, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Reks Tillersonun üzərində dayanıb.

Reks Tillerson ABŞ-ın ən böyük neft şirkəti olan “ExxonMobil”in başçısıdır. 2014-cü ildə sanksiyaların tətbiqindən sonra da Tillersonun korporasiyası Rusiyanın “Rosneft” şirkəti ilə əməkdaşlığı davam etdirir. “Forbes” jurnalı Tillersonu 2015-ci ildə dünyanın ən nüfuzlu insanların reytinqində 25-ci yerə layiq görüb. O, 2012-ci il sentyabrın 20-də Rusiya prezident Vladimir Putin tərəfindən dostluq ordeni ilə mükafatlandırılıb.(punlika.az)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler