» » Paytaxtda dözülməz hal - İçməli su tükəndi

Paytaxtda dözülməz hal - İçməli su tükəndi

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Paytaxtda dözülməz hal - İçməli su tükəndi

Dəməşqdə 5 milyondan çox insan içməli su tapmır.

Ötən ilin 22 dekabrından Suriyanın paytaxtı Dəməşqin 5,5 milyondan çox sakini içməli sudan məhrum olub. Buna şəhərə suyun verildiyi Badi Bəradə rayonunda hərbi əməliyyatların qızışması səbəb olub.
"Xalqİnfo" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin məlumatında bildirilir.

Qurum əməkdaşları, xüsusilə uşaqlar arasında yolxucu xəstəliklərin baş qaldıra biləcəyindən ehtiyatlanırlar.

Bu gün BMT-yə su təchizatı ilə məşğul olan xidmətlərin paytaxt sakinlərinin minimum tələbatını ödəmək məqsədi ilə fövqəladə tədbirlərə başladıqları barədə məlumat daxil olub. Hazırda ilk növbədə məktəb, xəstəxana və çörək sexlərinə su verilişinin yoluna qoyulması üçün işlər görülür.(Report)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler