» » Terrorçunun silahı Pensilvaniya istehsalı çıxdı - Əvvəlcə kor edir...

Terrorçunun silahı Pensilvaniya istehsalı çıxdı - Əvvəlcə kor edir...

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Terrorçunun silahı Pensilvaniya istehsalı çıxdı - Əvvəlcə kor edir...

“İşə gələn zaman 3 dəfə polis nəzarətindən keçdim. Belə bir güclü mühafizə olan yerdə terrorun necə baş verdiyini hələ də anlaya bilmirəm”.

"Xalqinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri yeni il axşamı terror hadisəsi baş verən Reina klubunun DJ-i Abdullah Can Saraç deyib. Terrordan yaralı xilas olan DJ onu da əlavə edib ki, silah səslərinin əvvəlcə bir oyun olduğunu hesab ediblər: “Klubda 700-800 adam olardı. Bizim olduğumuz hissədə isə təxminən 400-ə yaxın insan əylənirdi. Əvvəlcə silah səslərinin zarafat olduğunu düşündük. Ona görə də, davam etmək qərarına gəldik. Sonradan DJ kabinetində gizləndik. Terrorçu 3 dəfə təkbir gətirdi. Hər tərəfə atəş açırdı. Bizə yaxınlaşan zaman polisin səsini eşitdik.

Terrorçunun silahı Pensilvaniya istehsalı çıxdı - Əvvəlcə kor edir...














Mən işə gələndə 3 dəfə polis nəzarətindən keçdim. Dəhlizdə 10-15 polis saymışdım. Anlaya bilmirəm ki, terror necə baş verə bilər. Ətrafda çox güclü nəzarət var idi. Hətta taksilər belə yoxlanılırdı”.

Abdullah son olaraq daha DJ-lik fəaliyyəti ilə məşğul olmayacağını bildirib.

Daha bir maraqlı fakt isə odur ki, terrorçunun həmin gecə flashbang adlı şok bombasından istifadə etdiyi məlum olub. Xüsusi döyüş təlimlərində olan terrorçu 15 gün əvvəl İstanbula gəlib. Amerika ordusunda istifadə olunan şok bombaları isə FETÖ-nün vətəni sayılan Pensilvaniyada istehsal olunur. Bomba atılan zaman ətrafdakı insanlar bir müddətlik kor olur, baş gicəllənməsi yaşanır.(qafqzinfo)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler