» » NATO-dan Türkiyəyə DƏSTƏK:

NATO-dan Türkiyəyə DƏSTƏK: BAYRAQLAR ENDİRİLDİ

Bölmə: Dünya
NATO-dan Türkiyəyə DƏSTƏK:

İstanbulda gecə klubuna terror hücumu ilə əlaqədar NATO-nun Brüsseldəki qərargahının önündəki bayraqlar yarıya qədər endirilib.

Xalqİnfo.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, NATO bu addımı Türkiyəyə dəstək olaraq atıb. Qurumun baş katibi Jens Stoltenberg hadisədən dərhal sonra sosial şəbəkədə terror aktını pisləyən bəyanatla çıxış edib və bayraqların yarıyadək endirilməsi barədə göstəriş verib. NATO-nun və üzv ölkələrin qərargah qarışındakı bayraqları iki gün bu vəziyyətdə qalacaq.

NATO bundan əvvəl Atatürk hava limanında, habelə Fransa, Belçika və Almaniyada törədilmiş terror aktlarından sonra da eyni addımı atmışdı.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler