» » Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR

2017-ci ilin ilk gününü yaşayırıq. Yola saldığımız 2016-cı il XXI əsrin ən qanlı illərindən biri kimi yadda qaldı. Suriya, İraq və Yəməndə müharibələr daha da şiddətləndi, terror aktları çoxaldı. Bir sözlə, yola saldığımız ildə dünya üçün yada sala biləcəyimiz müsbət məqamlar çox az oldu. Müsbət məqamlardan biri kimi Ankara və Moskva arasında 7 aylıq “soyuq müharibə”nin başa çatmasını göstərmək olar. Rusiya və Türkiyə arasında buzların əriməsi isə 6 ilə yaxındır davam edən Suriya müharibəsinə son qoyulmasına ümidləri artırdı. 2016-cı il həm də “Tramp möcüzəsi” ilə yadda qaldı.

Yeddi aylıq “soyuq müharibə”yə son

2015-ci il noyabrın 24-dən – Rusiyanın Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcısı tərəfindən vurulmasından sonra iki ölkə arasındakı mümkün müharibə ssenarilə yazıldı, KİV aylarla iki ölkənin hərbi gücünü müqayisə etdi. Vladimir Jirinovski isə hətta İstanbul boğazına nüvə bombasını atmağı təklif edirdi. Lakin Qərb tərəfindən zaman-zaman hücum və təhdidlərə məruz qalan, iqtisadi, siyasi və geostrateji maraqların birləşdirdiyi Rusiya və Türkiyə “soyuq müharibə”ni uzun müddət davam etdirə bilməzdi. Münasibətlərin gərgin olmasından daha çox sıxıntı çəkən tərəf isə Türkiyə idi. Kənd təsərrüfatı məhsulları üçün Rusiya kimi böyük bir bazar bağlanmış, ölkə milyardlarla dollar gətirən rus turistlərindən məhrum olmuş və ən əsası, ölkənin maraqları üçün strateji əhəmiyyət daşıyan Suriyada fəaliyyət imkanları minimuma enmişdi.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR













Nəhayət, iyunun 27-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyalı həmkarına göndərdiyi məktubda üzr istədiyini açıqladı. Avqustun 9-da Sankt-Peterburqda Rəcəb Tayyib Ərdoğanla həmkarı Vladimir Putin görüşdü. Münasibətlər sürətlə istiləşməyə başladı. Türk məhsulları rus bazarlarını yerini qaytarmağa başladı, rus turistləri Türkiyəyə qayıtdı və ən əsası Ankara üçün Suriyada hər şey istədiyi kimi getməyə başladı.

Suriya cəbhəsi və “Fərat Qalxanı” Hərəkatı

Yuxarıda da deyildiyi kimi, Ankara-Moskva münasibətlərinin normallaşması özünü Suriya cəbhəsində açıq şəkildə göstərdi. Türkiyə İŞİD terror qruplaşması sərhədlərindən tamamilə tullamaq və təhlükəsiz bölgə yaratmaq istədiyi ərazini təmizləmək üçün avqustun 24-də “Fərat Qalxanı” əməliyyatına başladı. Elə həmin gün Türkiyə sərhədində yerləşən Cerablus şəhəri, sentyabrın 3-də isə Çobanbəy qəsəbəsini İŞİD-dən aldı. Sentyabrın 5-də Ankara Suriyanın Türkiyə ilə sərhəd ərazilərinin terrorçulardan tamamilə təmizləndiyi bəyan etdi. Türkiyə hazırda Suriyanın Əl Bab şəhəri uğrunda şiddətli döyüşlər aparır.

Müxalifət qüvvələrinin əsas qalası hesab olunan Hələb uğrunda dördillik döyüşlər nəhayət ki, başa çatdı. Rejim qüvvələri noyabrın 21-də hücum əməliyyatını genişləndirdi və dekabrın 13-də şəhərə nəzarəti tamamilə ələ keçirdi. Dekabrın 20-də Moskvada görüşən Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Suriya böhranına siyasi həll tapmaq üçün yeni danışıqlar prosesinə başlanılması barədə qərara gəliblər.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR
















Rusiya və Türkiyə arasında Suriya üzrə aparılan danışıqlar nəhayət ki, nəticə verib. Rusiya prezidenti Vladimir Putin dekabrın 29-da ölkənin xarici işlər və müdafiə nazirləri ilə görüşündə Suriyada atəşin dayandırıldığını və sülh danışıqlarına başlandığını elan edib.

Suriyada prezident Bəşər Əsəd tərəfdarları ilə müxalif qruplaşmalar arasında əldə edilmiş atəşkəs razılığı dekabrın 30-u saat 00:00-da qüvvəyə minib.
Beləliklə, hazırkı mənzərə ABŞ Suriya prosesindən kənarda saxlanıldığını göstərir. Amma Trampın vəzifəsinə başlaması ilə hər şey yenidən dəyişə bilər.

“Tramp möcüzəsi”

2016-cı il çox güman ki, bir “Tramp möcüzəsi”nin baş verdiyi il kimi də yadda qalacaq. Milyarder Donald Tramp respublikaçıların namizədi kimi partiyadaxili seçkilərə qatılanda çoxları bunu növbəti bir zarafat kimi qarşıladı və ona qeyri-ciddi bir namizəd kimi yanaşdı. Lakin o, respublikaçı namizədləri bir-bir sıradan çıxardıqca bir hissəsi yanıldığının fərqində oldular. Lakin bir çoxları öz fikirlərində qalırdılar. Hətta Tramp demokratların namizədi, keçmiş dövlət katibi Hillari Klintonla təkbətək qalanda da onun qələbəsinə inanmırdılar. Müxtəlin KİV-lər və araşdırma mərkəzlərinin keçirdiyi sorğular da Klintonun ən azı 4-5 faiz rəqibindən üstün olduğunu göstərirdi. ABŞ-ın yüzlərlə tanınmış simasının Klintonun təbliğatı üçün reklam çarxlarında çəkilməsi, respublikaçı siyasətçilərin bir hissəsinin belə, hətta keçmiş respublikaçı prezidentlərin belə xalqı Klintona səs veməyə çağırması xanım namizədin Barak Obamanı Ağ Evdə əvəz edəcəyinə şübhə yeri qoymurdu. Lakin, sən saydığını say, gör Tramp nə sayır?

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR














Noyabrın 8-də “Tramp möcüzəsi” baş verdi və milyarder zərif cinsin nümayəndəsini nokautla məğlub etdi. Klinton seçkiqabağı kampaniyada diqqətçəkən bir sıra vədlər verib. Təbii ki, onun ən diqqətçəkən vədləri Meksika ilə divar tikməsi, müsəlman miqrantları ölkədən çıxarması, Rusiyaya qarşı sanksiyaların ləğvi və Krımın Rusiyaya birləşdirilməsini tanıması ilə bağlı idi. Heç şübhəsiz ki, Trampın Rusiya ilə bağlı atacağı addımlar daha maraqla gözlənilir. Amma nəzərə alaq ki, Tramp dünyaya liderlik eşqində olan bir ölkənin prezidentidir və Vaşinqtonda isə Rusiya isə bir nömrəli təhdid hesab olunur. Hər halda andiçmədən sonrakı ilk ayları Trampın əsl simasını görmək o qədər də çətin olmayacaq.

“Brexit”

Mühafizəkarlar Partiyasını sakitləşdirmək və Avropa İttifaqına (Aİ) üzvlüyə etiraz edənlərin qarşısını almaq üçün baş nazir Devid Kameron 2015-ci ildə növbəti parlament seçkilərində qələbə qazanacağı təqdirdə Aİ-yə üzvlüklə bağlı referendum keçirəcəyinə söz vermişdi. Və sözünə əməl etdi. İyunun 23-də Aİ-yə üzvlüklə bağlı referendum keçirildi. Aİ-dan çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52 faizini, qalmağın tərəfdarları isə 48 faiz təşkil edib.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR












Britaniyanın baş naziri ölkənin Aİ-dən çıxmasından hamıdan çox Rusiya prezidenti Vladimir Putinin xoşbəxt olacağını söyləyib. Britaniyanın Avropa İttifaqında qalmasının tərəfdarı olan Kameronun özü isə istefa verdi. Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond də bildirdi ki, Britaniyada keçirilən referendumun nəticələrinə Rusiya prezidenti sevinəcək. Onun sözlərinə görə, britaniyalılar sanksiyaların yumşalması perspektivinə səs veriblər.

Britaniyanın Aİ-dən çıxmasından dərhal sonra qurumun iki ölkəsində analoji çağırışlar gəldi. Miqrantların Aİ-yə buraxılmasının ən qatı əleyhdarlarından olan Hollandiya Azadlıq Partiyasının lideri Qert Vilders və Fransada “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen ölkələrində analoji referendumların keçirilməsini təklif edib. Le Pen 2017-ci ildə prezident seçkilərində iştirak edəcək siyasətçi qalib gələcəyi halda analoji referendum keçirəcəyinə söz verib. Britaniyanın özü də parçalanmaq təhlükəsi qarşısındadır. Şotlandiyada müstəqillik üçün referendumun keçirilməsi sədaları getdikcə yüksəlməkdədir.

Türkiyədə hərbi çevriliş cəhdi

İlin ən əhəmiyyətli hadisələrdən biri heç şübhəsiz ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdidir. Özünü “Yurdda Sülh Konseyi” adlandıran bir qrup Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytı və TRT-də yayımlanan bildirişlə idarəçiliyi ələ keçirdiyini açıqaladı. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT dövlət kanalı, hakim partiyanın Ankaradakı qərargahı zəbt olundu. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar girov alındılar. Prezidentin baş katibi də əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR













Küçələrə tanklar yeridildi. Ölkənin hava limanları, nəqliyyat ötürücüləri nəzarət altına alındı. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi. Lakin həmin vaxt istirahətdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı küçələrə çıxmağa çağırdı. Xalqın böyük dəstəyi nəticəsində qiyamçılar istədiyinə nail ola bilmədilər.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, 100-lərlə insan yaralandı. Rəsmi Ankara çevriliş cəhdinin Fəthullah Gülənin lideri olduğu Fəthullahçı Terror Təşkilatı tərəfindən həyata keçirildiyini açıqladı.

İlin ən böyük itkiləri

2016-cı ili həm də tanınmış şəxslərin itkiləri ilə geridə qoyuruq. Bu il əfsanəvi boksçu Məhəmməd Əli, Özbəkistan prezidenti İslam Kərimov, Kuba lideri Fidel Kastro, İsrailin keçmiş prezidenti Şimon Peres dünyasını dəyişdi.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR














Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü isə yuxarıdakılardan fərqli olaraq sui-qəsd nəticəsində oldu. O, dekabrın 19-da Ankarada bir fotosərginin açılışında keçmiş polis məmuru Mert Altıntaş tərəfindən sui-qəsdə məruz qaldı. Səfir aldığı çoxsaylı güllə yaralarından xəstəxanada həyatini itirdi. Mert Altıntaşın Fəthullahçı Terror Təşkilatının üzvü olduğu bildirilir.

Qadın prezidentlərin impiçmentləri

İlin əvvəlindən ən çox müzakirə olunan məsələlərdən biri Braziliya prezidenti Dilma Russefin impiçment edilməsi oldu. Avqustun 31-də Braziliyanın Federal Senatı Dilma Russeffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib. Qərarın lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib. 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Russefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Russeff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR














İmpiçmentin hədəfi olan digər dövlət başçısı isə Cənubi prezidenti Park Geun-hye oldu. Dekabrın 9-da ölkə parlamenti prezidentin vəzifəsindən uzaqlaşdırılması barədə qərar qəbul edib. Səlahiyyətləri əlindən alınan dövlət başçısı haqda yekun qərarı Konstitusiya Məhkəməsi verəcək. Yekun qərar elan olunanadək prezidentin səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirəcək.

Dəhşətli terror aktları

İl ərzində Fransa, Almaniya, Belçika və Türkiyədə çoxsaylı insanın ölümü ilə nəticələnən terror aktları törədildi.

Martın 22-də Belçikanın paytaxtı Brüsselin hava limanında terror aktları törədilib. Dəhşətli terror aktı zamanı 32 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Partlayışa görə məsuliyyəti öz üzərinə İŞİD terror təşkilatı götürüb.

Terrorçu Parisdəki qanlı olaylardan cəmi 8 ay sonra ölkənin Nitsa şəhərində Bastiliya qalasının alınmasını bayram edən izdihamın üzərinə yük maşınını sürdü.

Hadisə nəticəsində 84 nəfər öldü, 200-dən çoxu yaralandı. Ölənlər 8 xarici ölkənin vətəndaşları idilər.

Eyni üsulla daha bir terror aktı dekabrın 19-da Almaniyanın paytaxtı Berlində törədildi. Yük maşını yeni il şənliyi ilə bağlı təşkil edilən yarmarkaya girdi. Nəticədə 12 nəfər öldü, 50-dən çoxu yaralandı.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR











İl ərzində Türkiyədə onlarla insanın ölümü ilə nəticələnən bir neçə terror aktı həyata keçirilib. Fevralın 17-də Ankaranın mərkəzində bomba quraşdırılmış maşın partladıldı. İnsident nəticəsində 29 nəfər öldü, 61 nəfər yaralandı. Martın 13-də Ankaranın mərkəzi Qızılay meydanındakı avtobus dayanacağında terror aktı törədildi. Terror nəticəsində 37 nəfər vəfat etdi, 125 nəfər yaralandı. Mayın 12-də Diyarbəkr yaxınlığında, Sarıqamışda içində partlayıcı maddə olan avtomobil havaya uçuruldu. Maşının daxilində 10-15 ton arası partlayıcı maddə var idi. İnsident nəticəsində 16 nəfər öldü, 23 nəfər yaralandı. Aprelin 28-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktında 42 nəfər ölüb, 239 nəfər yaralandı. Dekabrın 10-da İstanbulun Beşiktaş səmtində törədilən terror aktı 44 nəfərin həyatına son qoydu, 155 nəfər yaralandı.

27 mart 2016-cı ildə Pakistanın Lahor şəhərində terror aktı törədilib. Partlayış Gülşanə-İqbal parkında kamikadzenin özünü partlatması nəticəsində baş verib.

Nəticədə 64 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Terror aksiyasına görə məsuliyyəti "Camaatul-Ahrar" təşkilatı öz üzərinə götürüb.

Türkiyə2016-cı ilin son gününü də terrorla yola verdi. Yeni il gecəsi İstanbulun Beşiktaş rayonundakı “Reina” gecə klubuna Santa Klaus paltarında daxil olan silahlılar "Kalaşnikof" avtomatı ilə insanlara atəş açmağa başlayıblar. Terror aktı nəticəsində 39 nəfərin ölüb, 70-i yaralanıb.

İlin ən böyük təyyarə qəzaları

2016-cı il mayın 19-da Parisdən Qahirəyə uçan “EgyptAir” hava şirkətinə məxsus A320 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 56 sərnişin və 10 ekipaj üzvündən heç biri sağ qalmayıb.

Noyabrın 29-da içində Braziliyanın “Şapekoense” klubunun futbolçularının da olduğu təyyarə Boliviyadan Kolumbiyaya gedən zaman Kolumbiya səmasında qəzaya uğrayır. Qəzası zamanı 75 nəfər ölür, cəmi 6 nəfər sağ qalır.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR













Dekabrın 7-də Pakistan Beynəlxalq Hava Yollarına aid təyyarə paytaxt İslamabad yaxınlığında qəzaya uğrayıb. İslamabaddan 125 kilometr aralıda dağa çırpılan təyyarədəki 45 sərnişinin və 5 ekipaj üzvünün hamısı həlak olub.

Göyərtəsində musiqiçilər, jurnalistlər və hərbçilərin olduğu təyyarə dekabrın 25-də Soçidən havaya qalxandan 7 dəqiqə sonra Qara dənizə düşür. Qəza nəticəsində 84 sərnişin və ekipajın 8 üzvü olmaqla 92 nəfər həyatını itirib.

Milyonları birləşdirən oyun

“Pokemon GO”nun qısa zamanda milyonlarla insanı ətrafında birləşdirməsi ilin ən yaddaqalan hadisələrindən hesab olunur. 6 iyul 2016-cı ildə ABŞ, Avstraliya və Yeni Zellandiyada Android və iOS smartfonlar üçün istifadəyə verilən “Pokemon GO” hazırda bütün dünyanın danışdığı və bütün dünyanı “evdən bayıra çıxarmaqda olan” oyundur.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR












Oyunun özəlliyi “online oyun” və “offline oyun” məfhumlarını birləşdirməsidir. Yəni, siz həm mobil telefonunuzda oyun oynayırsınız, həm də küçəyə çıxıb qarşınıza çıxan “Pokemon”ları toplayırsınız. Real olaraq küçədə gəzirsiniz və eyni zamanda gözünüz ekranda olur, yaxınlıqdakı “Pokemon”ları axtarırsınız.

Braziliya Yay Olimpiya Oyunları

Rio-de Janeyroda keçirilən Yay Olimpiya Oyunları ilin yadda qalan hadisələrdəndir. Sayca 31-ci dəfə keçirilən beynəlxalq idman yarışında planetin 205 ölkəsinin 12 min 500-ə yaxın idmançısı 17 gün ərzində (5-21 avqust) medallar uğrunda mübarizə apardılar.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR













Qeyri-rəsmi komanda hesabında lider 121 medal (46 qızıl, 37 gümüş və 38 bürünc) qazanan ABŞ oldu. Komanda hesabında 2-ci yeri Britaniya (67 medal: 27 qızıl, 23 gümüş, 17 bürünc), 3-cü yeri Çin ((70; 26-18-26), 4-cü yeri Rusiya (56: 19-18-19), 5-ci yeri Almaniya (42; 17-10-15) tutublar.

Avropa futbol çempionatı

Futbolsevərlərin gözü isə 2016-cı ilin yayında Fransanın yaşıl meydanlarında idi. Çempionatın tarixi ərzində ilk dəfə 24 komanda baş mükafat uğrunda mübarizə aparırdılar.

Putinin triumfu, İstanbula nüvə zərbəsi… - Meymunun gətirdiyi FƏLAKƏTLƏR















İyunun 10-da başlanan oyunlarda meydan sahibi Fransadan başqa, Almaniya, İtaliya, İngiltərə və Belçika favoritlər arasında göstərilsə də iyulun 1-da keçirilən final oyununda Portuqaliya millisi əlavə vaxtda vurduğu qolla Fransaya qalib gələrək kuboka yiyələndi.


Əlaqə üçün E-mail: [email protected]

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler