» » ABŞ-da Rusiya və Çinə qarşı böyük müharibəyə hazırlıq başlandı

ABŞ-da Rusiya və Çinə qarşı böyük müharibəyə hazırlıq başlandı

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
ABŞ-da Rusiya və Çinə qarşı böyük müharibəyə hazırlıq başlandı

ABŞ Hərbi Hava Qüvvələri F-35 döyüş təyyələrinin beşinci nəslini Rusiya və Çinlə müharibəyə hazırlayır.

Xalqİnfo.az xəbər verir ki, bu barədə “Scout Warrior” nəşri yazıb.

ABŞ Hərbi Hava Qüvvələrinin F-35-lərin inteqrasiyası departamentinin rəhbəri, general-mayor Ceffri Harriqian deyib ki, bu döyüş təyyarələrində yer-hava tipli raket sistemi var:

“Bu sistem çoxmanevrlidir və hədəfi dərhal məhv etmək potensialına sahibdir”.

Onun sözlərinə görə, açıq havada və real döyüş səhnələrində F-35-lərin yeni tipinin ilk sınağı keçirilir.

Nəşr qeyd edir ki, amerikalı hərbiçilər əsas təhlükə kimi Rusiyanın S-300-lərini görürlər.

Yeni döyüş təyyarələri bu kimi təhlükələrin qarşısını alacaq.

Nəşr qeyd edir ki, ABŞ Hərbi Hava Qüvvələrinin hazırığı 2020-ci ildən sonrsa Rusiya və Çinlə nəzərdə tutulan mümkün müharibə üçündür.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler