» » Ərdoğandan klubdakı terrorla bağlı - İlk açıqlama

Ərdoğandan klubdakı terrorla bağlı - İlk açıqlama

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Ərdoğandan klubdakı terrorla bağlı - İlk açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda gecə klubunda baş verən silahlı basqınla bağlı ilk açıqlamasını verib.

Xalqİnfo”nun CNN-ə istinadən verdiyi xəbərə görə, prezident bildirib ki, ölkə və millət olaraq terror təşkilatlarının və onların arxasındakı güclərin sadəcə silahlı hücumlarına deyil, onların iqtisadi, siyasi və sosial hücumlarına qarşı da axıra kimi mübarizə aparacaqlar:

“İstanbuldakı nankor hücum terrorun heç bir fərq qoymadan qan töküb, can almağı hədəflədiyini açıq aşkar ortaya qoyur. Bu hücumda həyatını itirən mühafizəçilərimizə və vətəndaşlarımıza təkrar Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bu terror hücumunu şiddətlə qınayıram. Həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Terroru həyata keçirənlər və onların arxasındakı güclər sivil insanları hədəf almaqla xaos yaratmağa çalışırlar. Ancaq biz millət olaraq soyuqqanlılığımızı qorumaqla vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler