» » “Kinder-sürpriz”in ixtiraçısı vəfat etdi -

“Kinder-sürpriz”in ixtiraçısı vəfat etdi - FOTO

Bölmə: Dünya
“Kinder-sürpriz”in ixtiraçısı vəfat etdi -

Uşaqların sevimli şirniyyatı sayılan “Kinder-sürpriz” yumurta şokoladın ixtiraçısı vəfat edib.

"Xalqİnfo" Publika.az-a istinadən xəbər verir ki, Uilyam Saliçe 83 yaşında İtaliyada gözlərini əbədi olaraq yumub.

Yerli mətbuatın bildirdiyinə görə, Saliçe dünən axşam Paviya şəhərindəki xəstəxanalardan birində vəfat edib.

Saliçe 1960-2007-ci illərdə “Ferrero” şirkətində işləyib və sahiblərindən biri olub. Təqaüdə çıxdıqdan sonra “Color Your Life” fonduyla əməkdaşlıq edib və özünü gənclərin və istedadların inkişafına həsr edib.

“Ferrero” şirkəti 1974-cü ildən “Kinder-sürpriz” istehsalına başlayıb. Bu şokoladlar təkcə uşaqlar yox, böyüklər arasında da böyük populyarlıq qazanıb. “Yumurta”nın içərisindən çıxan oyuncaqları uşaqların ən sevimli əyləncəsi hesab etmək olar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Kinder-sürpriz”in ixtiraçısı vəfat etdi -
“Kinder-sürpriz”in ixtiraçısı vəfat etdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler