» » Səddamın ölümündən ötən 10 il -

Səddamın ölümündən ötən 10 il - Astronomik savaş xərci

Bölmə: Dünya
Səddamın ölümündən ötən 10 il -

Son 10 ildə ABŞ-ın Yaxın Şərqdə hərbi fəaliyyəti bu ölkəyə 6 trilyon dollara başa gəlib.

Xalqİnfo.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Krolenko “RİA Novosti”yə açıqlamasında deyib.

BMT-nin sanksiyaları ilə qarşılaşmayan İraq müharibəsi qeyri-qanuni idi. Suveren dövlətə qarşı həyata keçirilən hücum idi. Bu savaş 5 min amerikalı əsgərin ölümü, 10 mindən çoxunun isə yaralanmasına və şikəst qalmasına səbəb oldu”, - Krolenko bildirib.

O qeyd edib ki, Vaşinqtonun fəaliyyəti İraqa nə demokratiya, nə də sülh gətirib:

“11 sentyabr hücumlarından sonra ABŞ yeni təhlükəsizlik strategiyası çərçivəsində milli mənafeyi üçün dünyanın bir hissəsinə müharibə elan etdi. Əfqanıstandan sonra İraq ikinci hədəf seçildi”.

Xatırladaq ki, bu gün İraqın sabiq lideri Səddam Hüseynin asılaraq edam edilməsindən 10 il ötür. (axar.az)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler