» » Putin Əliyev, Tramp, Lukaşenkonu təbrik etdi -

Putin Əliyev, Tramp, Lukaşenkonu təbrik etdi - Poroşenkonu yox

Bölmə: Dünya
Putin Əliyev, Tramp, Lukaşenkonu təbrik etdi -

Rusiya prezidenti Vladimir Putin dünya liderlərini Yeni il münasibətilə təbrik edib.

Xalqİnfo” xəbər verir ki, Kremlin rəsmi saytında yerləşdirilən məlumata görə, dövlət başçısı Azərbaycan prezidenti İlham Əliyevi, ABŞ lideri Donald Trampı, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, Abxaziya lideri Raul Xadjimbanı, Ermənistan prezidenti Serj Sarkisyanı, Belarus prezidenti Aleksandr Lukaşenkonu, Qırğızıstan dövlət başçısı Almazbek Atambayevi, Moldaviya prezidenti İqor Dodonu, Tacikistan lideri Emoməli Rəhmonu, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovu, Özbəkistan lideri Şavkat Mirziyayevi, Cənubi Osetiya lideri Leonid Tibilovu təbrik edib.

Siyahıda Ukrayna prezidenti Petro Poroşenkonun adının olmadığı vurğulanır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler