» » Tiflisdə güclü yanğın -

Tiflisdə güclü yanğın - Bir neçə ailə evsiz qaldı

Bölmə: Dünya
Tiflisdə güclü yanğın -

Gürcüstan paytaxtındakı çar Tamar prospekti 18-də güclü yanğın nəticəsində bir neçə yaşayış evi yanıb.

Xalqİnfo.az-ın APA-ya istinadən məlumatına görə, yanğın zamanı yaşlı qadın xəsarət alıb və ona hadisə yerinə çağırılan tibb briqadası tərəfindən ilkin yardım göstərilib. Yanan evin yaxınlığında yaşayan qonşuların sözlərinə görə, yanğına səbəb köhnəlmiş elektrik naqillərin yararsız hala düşməsi iddia olunur.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub və yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində bir neçə ailə evsiz qalıb. Hadisə yerinə gələn Tiflisdəki Didube rayon icra hakimiyyəti nümayəndəliyinin əməkdaşları dəyən zərərin hesablanacağını və ev sahiblərinə dəyən ziyanın ödəniləcəyini bildiriblər.

Məlumata görə, yanğının başvermə səbəbi müəyyən edilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler