» » 87 yaşlı müğənni Fransa prezidenti ola bilər

87 yaşlı müğənni Fransa prezidenti ola bilər

Bölmə: Dünya
87 yaşlı müğənni Fransa prezidenti ola bilər

Fransız müğənnisi Yuq Ofre ölkə prezidenti postuna namizəd ola bilər.

Xalqİnfo.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, “Fransanın Bob Dilanı” adlandırılan 87 yaşlı musiqiçi Fransa prezidenti postuna namizədliyini irəli sürüb.

O, namizəd olaraq qeydiyyata alınması üçün ən azı 500 mer və seçki məmurunun dəstəyini təmin etməlidir. Hazırda Ofre Fransanın yalnız altı regionundan 180 imza toplayıb. Müğənni yanvarın 23-də Parisdə mətbuat konfransı keçirərək seçkiqabağı kampaniyasının təfərrüatlarını açıqlayacaq.

Fransada prezident seçkiləri aprelin 23-də keçiriləcək. Birinci turda qalib müəyyən edilməzsə, mayın 7-də ikinci tur keçiriləcək. “Harris Interactive” sorğu mərkəzinin məlumatına görə, keçmiş baş nazir Fransua Fiyon və “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen müvafiq olaraq 26 və 24 faiz səs toplayaraq ikinci tura çıxacaqlar. Mərkəz ikinci turda sabiq baş nazirin Marin Le Pen üzərində böyük üstünlüklə (33 faizə qarşı 67 faiz) qələbə qazanacağını bildirir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler