» » Trampın ən yaxın adamından sensasion iddia - FETÖ-çü...

Trampın ən yaxın adamından sensasion iddia - FETÖ-çü...

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Trampın ən yaxın adamından sensasion iddia - FETÖ-çü...

ABŞ-ın yeni prezidenti Donald Trampa yaxın şəxslərdən hesab olunan jurnalist Jerome Corsi sensasion məqalə ilə çıxış edib.

"Xalqİnfo" xəbər verir ki, Corsi məqaləsində Rusiya səfir Andrey Karlovun sui-qəsdindən tutmuş, Klinton-FETÖ əlaqələri haqda maraqlı məlumatları bölüşüb.

Corsinin yazdığına görə, Karlovu öldürən FETÖ-çü polis Altıntaş Türkiyədəki 15 iyul dövlət çevrilişi günü Ərbildəki Mərkəzi Kəşfiyyat İdarəsinin ofisində olub.

Rus səfirini öldürən Mövlud Mərd Altıntaşın FETÖ-çü olduğuna diqqəti çəkən Corsi, sui-qəsdin 15 iyul çevriliş cəhdi ilə əlaqəsinin olduğunu vurğulayıb. Altıntaşın FETÖ-çü “Todays Zaman” qəzetinin əməkdaşları ilə eyni evdə qalmasına toxunan Corsi, FETÖ lideri Fətullah Gülənin Pensilvaniyada yaşamasına da toxunub.

Jurnalistin yazdığına görə, Fəthullah Gülənin Klinton və Barak Obama tərəfindən dəstəkləndiyi və qorunduğu açıq-aydın şəkildə ortadadır. Gülənin ABŞ-dakı ən önəmli adamlarından Gökhan Özkökün Hillari Klintonun kampaniyasına böyük pul köçürdüyünü yazan Corsi, ABŞ-ın Gülən məsələsində Türkiyəyə qarşı yanlış davrandığını bildirib.(Avropa.info)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler