» » Peskov Putinin səfirin öldürülməsinə reaksiyasından danışdı

Peskov Putinin səfirin öldürülməsinə reaksiyasından danışdı

Bölmə: Dünya
Peskov Putinin səfirin öldürülməsinə reaksiyasından danışdı

“Rusiya prezidenti Vladimir Putin səfir Andrey Karlovun Türkiyədə qətlə yetirilməsi xəbərini çox ağır şəkildə qəbul etdi”.

Xalqİnfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov “Mir” televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, V. Putin baş vermiş təxribatı şiddətlə qınayıb: “Prezident bunu terror aktı, insan faciəsi kimi dəyərləndirib. Buna görə də onun üçün çox ağır xəbər olub”.

Kremlin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, öldürülmüş diplomatı şəxsən tanıyıb: “Onun ölümü XİN, eləcə də Rusiya və Türkiyə münasibətləri üçün böyük itkidir”.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində qətlə yetirilib. Qatil 22 yaşlı türkiyəli polis Mevlüt Mert Altıntaş olub. Hücumdan sonra o, polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler