» » 42 il nişanlı qaldiqdan sonra evləndilər.

42 il nişanlı qaldiqdan sonra evləndilər.

Bölmə: Dünya
42 il nişanlı qaldiqdan sonra evləndilər.

Böyük Britaniyadan olan Devid Barker və Dafni Torp 42 il nişanlı qaldıqdan sonra, nəhayət ki, ailə həyatı qurublar. Onlar 1972-ci ildə rəqs zamanı tanış olduqdan 4 həftə sonra nişanlanıblar. Lakin cütlük evlilik həyatına qədəm qoymaq istəməyib.

Dafni keçən il ürək infarktı keçirdikdən sonra cütlük evliliyi tezləşdirmək qərarına gəlib. Artıq onların nişan üzükləri də barmaqlarına kiçik gəlib. Bununla belə, təqaüdçü sevgililər dünən ailə həyatı qurublar.

Dafni deyib: “Artıq gənc olmadığımı birdən dərk etdim. Anladım ki, daha 40 il ömür sürə bilməyəcəm. Ona görə də, “gəl indi evlənək” fikri ilə razılaşmalı oldum”.

Toy Dafinin 82-ci ad gününə təsadüf edib. Dafninin əvvəlki evliliyindən 2 övladı var. Elə toy da 25 yaşlı qızı Süzan və 29 yaşlı oğlu Donald tərəfindən təşkil olunub. Toyda 30-a yaxın qonaq iştirak edib. Qeyd edək ki, bəyin 71 yaşı var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler