» » “Səddam Hüseyn haqlı idi” - CİA-dan şok etiraf

“Səddam Hüseyn haqlı idi” - CİA-dan şok etiraf

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
“Səddam Hüseyn haqlı idi” - CİA-dan şok etiraf

İraqın keçmiş lideri Səddam Hüseyn həbs edildikdən sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən sorğu-sual edilib.

XalqInfo.az xarici mətbuata istinadən xəbər verir ki, Səddam Hüseynin həyatını və onun hakimiyyət dövrünü qələmə alan CİA agenti Con Nikson, Səddamın sorğu zamanı dediyi "Müvəffəqiyyətsiz olacaqsınız. Çünki İraqı tanımırsınız.

İraqın dinini, insanını, tarixini və mədəniyyətini bilmirsiniz. Məndən sonra anlayacaqsınız ki, bu ölkəni idarə etmək necə çətindir” sözlərində nə qədər haqlı olduğunu qeyd edib. "Prezident sorğusu: Səddam Hüseyn istintaqı” adlı kitabında Nikson istintaq zamanı Səddam Hüseynin sorğulara verdiyi cavabların bir qismini yazaraq, artıq tarixin sabiq prezidenti nə qədər haqlı çıxardığını müdafiə edib.

Nikson həmçinin kitabında Səddamın Amerikanın İraqı işğal etmədən əvvəl orada kimyəvi silah anbarı tikdiyini və Əl-Qaidə terror qruplaşması ilə əməkdaşlıq etdiyi iddialarını təkzib etdiyini vurğulayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler