» » İstanbuldakı terroru törədən 2 nəfərin kimliyi bilindi

İstanbuldakı terroru törədən 2 nəfərin kimliyi bilindi

Bölmə: Dünya
İstanbuldakı terroru törədən 2 nəfərin kimliyi bilindi

Türkiyənin İstanbul şəhərində “Beşiktaş” stadionunun qarşısında törədilmiş terror aktları ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Xalqİnfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, partlayışı törədən 2 nəfərin kimliyi müəyyənləşdirilib, saxlanılan 13 nəfərin dindirilməsi prosesi isə davam edir.

Polis partlayışda istifadə olunan bomba ilə bağlı bəzi detalları da aydınlaşdırıb.

Başqa bir ölkədə hazırlanaraq Türkiyəyə gətirilən bombada TNT və RDX partlayıcılarından istifadə olunduğu, eləcə də üçüncü kimyəvi maddə izinə rast gəlindiyi də bildirilib.

Qeyd edək ki, dekabrın 10-da baş vermiş partlayış nəticəsində 37-si polis olmaqla 44 nəfər şəhid olub, 155 nəfər yaralanıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler