» » İki HDP-li millət vəkili həbs edildi

İki HDP-li millət vəkili həbs edildi

Bölmə: Dünya
İki HDP-li millət vəkili həbs edildi

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) iki millət vəkili Çağlar Dəmirəl və Besime Konca saxlanılıb.

Xalqİnfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, həbslər Ankara Polis İdarəsi, Batman və Diyarbəkir Respublika Prokurorluqlarında aparılan istintaqlar çərçivəsində həyata keçirilib.

HDP-nin Qrup sədr müavini və Diyarbəkir millət vəkili Çağlar Dəmirəl ilə Siirt deputatı Besime Konca TBMM-dən çıxdıqdan bir müddət sonra Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbə İdarəsinin dəstələri tərəfindən saxlanılıb.

Konca və Dəmirəl tibbi müayinədə keçirildikdən sonra polisə aparılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler