» » İsveçdə Nobel mükafatının qalibləri təltif olunub

İsveçdə Nobel mükafatının qalibləri təltif olunub

Bölmə: Dünya
İsveçdə Nobel mükafatının qalibləri təltif olunub

İsveçin və Norveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltifolunma mərasimləri keçirilib.

Xalqİnfo” “AzərTac”a istinadən xəbər verir ki, hər il olduğu kimi, mükafatlar Stokholm və Oslo şəhərlərində Alfred Nobelin anma günü keçirilən mərasimlərdə təqdim edilib. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata verilir.

İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatların təqdim olunub.

Xatırladaq ki, fiziologiya və təbabət sahəsində Nobel mükafatına autofaqiya mexanizmlərinin kəşflərinə görə yapon alimi Yoşinori Ohsumi layiq görülüb.

Fizika üzrə Nobel mükafatı alimlər David Toulessə, F.Dunkan HaldanaJ.Maykl Kosterlitzə verilib.

Kimya sahəsində Nobel mükafatı molekulyar maşınların dizaynı və sintezi işində kəşflərinə görə üç alimə - fransalı Jan-Pyer Savaja, şotlandiyalı J.Fraser Stoddarta və hollandiyalı Bernard L.Ferinqaya təqdim olunub.

İqtisadiyyat üzrə Nobel mükafatı müqavilələr nəzəriyyəsinin öyrənilməsi sahəsində tədqiqatlara görə alimlər Oliver HartBengt Holmströma verilib.

Məşhur amerikalı musiqiçi və yazıçı Bob Dilan isə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Lakin onun mükafatlandırma mərasimində iştirak etməməsi böyük səs-küyə səbəb olub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler