» » İranda 12 nəfər həbsxanaya atıldı -

İranda 12 nəfər həbsxanaya atıldı - baş örtüksüz fotolara görə

Bölmə: Dünya, MARAQLI
İranda 12 nəfər həbsxanaya atıldı -

İranın Şiraz şəhər məhkəməsi internetdə təhrikedici fotolar yerləşdirdikləri üçün 8 kişi və 4 qadını bir ildən altı ilədək azadlıqdan məhrum edib.

"Xalqİnfo" "Report"a istinadən bildirir ki,qadınların fotolarının baş örtüyü olmadan yayıldığı üçün dəb biznesinin işçiləri cinayət məsuliyyətinə cəlb olunublar.

Məhkəmənin qərarına görə, hicaba əməl etməyən bu insanlar fahişəliyin, pozğunluğun yayılması və islam dəyərlərinin sarsılması ilə məşğul olublar. Saytı hazırlayan bir kişi və qadın 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, onların cəzaları başa çatandan sonra "qərbin çılpaq mədəniyyətini" yaydıqları üçün xarici ölkəyə getmələri də qadağan olunacaq.

Ümumiyyətlə, bu məsələ ilə bağlı ilk həbs 2016-cı ilin mayında həyata keçirilib. Bu işlə əlaqədar 170-ə yaxın insan istintaqa cəlb edilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler