» » “Dünya 60 il öz xalqını əzən amansız diktatorun gedişini qeyd edir…” Donald Tramp

“Dünya 60 il öz xalqını əzən amansız diktatorun gedişini qeyd edir…” Donald Tramp

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
“Dünya 60 il öz xalqını əzən amansız diktatorun gedişini qeyd edir…” Donald Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kubanın inqilabçı lideri Fidel Kastronu diktator adlandırıb və Kubanın rifahının yaxşılaşdırılmasına kömək edəcəyini vəd verib.

Xalqİnfo.az “Report”-a istinadən xəbər verir ki, o, Kubanın hələ də totalitar ölkə olaraq qalacağını bildirib.

Fidel Kastro cümə günü 90 yaşında vəfat edib.

“Bu gün dünya demək olar ki, 60 il öz xalqını əzən amansız diktatorun gedişini qeyd edir. Fidel Kastronun mirası güllələnmiş komanda, oğurluq, ağlasığmaz əzablar, yoxsulluq və insanlara onların əsas hüquqlarından imtinadır”, – deyə Trampın bəyanatında bildirilir.

Bununla belə, siyasətçi ümid etdiyini bildirib ki, Kuba tab gətirdiyi əzabları arxada qoyacaq və layiq olduğu azadlığına qovuşacaq.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler