» » İsrail 3 gündür yanğını söndürə bilmir -

İsrail 3 gündür yanğını söndürə bilmir - Fələstindən yardım təklifi

Bölmə: Dünya
İsrail 3 gündür yanğını söndürə bilmir -

Artıq üç gündür İsraildə davam edən meşə yanğınları nəzarətdən çıxmağa başlayıb.

Xalqİnfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Qüds daxil olmaqla 13 bölgədə qeydə alınan yanğınlar güclü küləyin təsiri ilə sürətlə yayılmağa başlayıb. Məlumata görə, təkcə Hayfa şəhərində 75 min insan yaşayış yerindən təxliyyə edilib.

Ölkədə yaranan fövqəladə vəziyyətlə əlaqədar Baş nazir Benjamin Netanyahu Azərbaycan, Rusiya, Türkiyə, Yunanıstan və İtaliya da olmaqla 8 ölkədən kömək istəyib. İsrailin yardım istədiyi ölkələr artıq lazımı qurğuları göndəriblər.

Baş nazir “İsraili yandırmağa çalışan hər kimdirsə, ən ciddi şəkildə cəzalandırılacaq” sözlərini işlədib.

Digər tərəfdən, sosial şəbəkələrdə bəzi fələstinli və İsrailə qarşı olan istifadəçilər yanğını #israelisburning (#israilyanır) haştagı ilə paylaşaraq sevinclərini ifadə ediblər. Netanyahu isə Fələstin hökumətinin də yardım təklif edən ölkələr sırasında olduğunu açıqlayıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

İsrail 3 gündür yanğını söndürə bilmir -
İsrail 3 gündür yanğını söndürə bilmir -
İsrail 3 gündür yanğını söndürə bilmir -
İsrail 3 gündür yanğını söndürə bilmir -
İsrail 3 gündür yanğını söndürə bilmir -
İsrail 3 gündür yanğını söndürə bilmir -
İsrail 3 gündür yanğını söndürə bilmir -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler