» » Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR

Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR
Yaşadığımız dövrdə texnologiyadan ən yaxşı istifadə edən xüsusi xidmət orqanlarının başında ABŞ-ın əsas kəşfiyyat orqanı sayılan Mərkəzi Kəşfiyyat İdarəsi (CİA - Central Intelligence Agency) dayanır.

1947-ci ildə, ABŞ-ın 33-cü prezidenti Harry Trumanın dövründə qurulan və Birləşmiş Ştatların xarici ölkələrlə bağlı kəşfiyyat məlumatlarını toplayan bu qurum nəzərdə tutduğu heyət üzvlərini təhlükəsizlik testindən, yəni “yalan maşını” yoxlamasından keçirir. Beləliklə, CİA-nın ilk heyət üzvlərinin bu yoxlamadan başıuca keçə bilməsi üçün ilk növbədə bəşəri reaksiyasızlığa sahib olması lazım idi. Onu da deyim ki, “yalan maşını” yoxlamasının daha çox istifadə olunduğu xüsusi xidmət orqanından digər biri isə İsrailin MOSSAD hesab olunur. Hətta, deyilənə görə MOSSAD iki həftədən bir öz əməkdaşlarını “yalan maşını” yoxlamasından keçirir.

CİA və MOSSAD dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanları olaraq son illər informasiya kommunikasiya texnologiyalarının (İKT) bütün yeniliklərindən istifadə edir. Hətta casus peykləri və yüksəkdən uçan təyyarələri elektron siqnallar və idarəolunan antenalar vasitəsilə yer üzünə göndərə bilir. Sismoqraflar gizli olaraq yeraltı nüvə nümunələrini də qeydə ala, gizli dinləmə cihazları isə xüsusi telefon danışıqlarını belə dinləyə bilir.

Məxfi xidmət orqanlarının kompüterləri son dərəcə təhlükəsiz bir sistem üzərində qurulması tələb olunur. Çünki artıq dünyanın bir çox xüsusi xidmət orqanları “network” üzərindən ən məxfi məlumatların oğurlanmasını bacaran mütəxəssislərdən istifadə edir.

“Soyuq müharibə” dövründən bəri yenə də sürətli rəqabət və mübarizənin davam etdiyi dövrdə televiziya və peyk antenaları və digər elektron avadanlıqlardan da casusluqda yaxşı istifadə olunduğu deyilir.

İndi dünyada elektron kəşfiyyat, gizli elektron dinləmə və sairə dedikdə, ağıla gələn ilk ad Amerikanın Milli Təhlükəsizlik Agentliyi (NASA) olur. Bu gün NASA dünyanın ən tanınmış və inkişaf etmiş gizli dinləmə və izləmə imkanlarına malik olan super Amerikan məxfi təşkilatıdır. Bəzən, NASA-nı dünyada “böyük qulaq” və ya “qlobal qulaq” da adlandırırlar.

Bu bilgilərdən savayı, NASA haqqında elə böyük məlumatlara malik deyilik. Ancaq bu qurumun başında dayanan şəxslərin isə Amerikalı generalların olduğu güman olunur.

Bu gün dünyada gizli dinləmə fəaliyyətləri həyata keçirən 3 Amerikan təşkilatı var ki, onların da biri NASA-dır. Digərləri isə Federal Araşdırma Bürosu (FBİ) və CİA-dır.

CİA kimi NASA da ABŞ prezidenti Harry Trumanın 1952-ci ilin 24 oktyabrında imzaladığı çox gizli qərarla quruldu. Truman bu yeni təşkilata ilk olaraq dünya ölkələrini gizli formada izləmək tapşırığı verir. Əvvəllər diplomat və hərbiçilərin gizli şəkildə şifrəli görüşlərini izləyən NASA sonralar mülkü adamların beynəlxalq danışıqlarını da dinləməyə başlayır.

1960-1970-ci illərdə yaranan radio və peyk texnologiyası NASA-nın işini daha da asanlaşdırır. Artıq havaya yayılan radio səs siqnallarının heç biri dünyanın hər yerinə yayılmış NASA mütəxəssislərinin əlinə düşməkdən qurtula bilməzdi.
Hazırda 50 min nəfərə yaxın heyəti olan NASA-nın büdcəsi 3,6 milyard dollar təşkil edir. Ümumiyyətlə isə ABŞ hər il elektron kəşfiyyat qurumları üçün 20 milyard dollar vəsait xərcləyir.

NASA-nın “Boeing 707” “RG-135” sistemli təyyarələri bu gün ABŞ Hərbi Hava Qüvvələri üçün müstəqil formada vəzifələri yerinə yetirir.

Bundan əlavə, NASA-nın yerüstü stansiyaları ABŞ-ın müttəfiqi olan dövlətlərin ərazisində olmaqla yanaşı, eyni zamanda Birləşmiş Ştatların ayrı-ayrı ölkələrdəki səfirliklərində də qurulduğu düşünülür.

Ehtimallara görə, bu gün NASA-nın yaxından izlədiyi dövlətlərin sırasında Azərbaycanın qonşusu olan Türkiyə, İran, Gürcüstan və Rusiya da var.
Yaxın və Orta Şərq də bu gün NASA tərəfindən ən çox izlənilən regionlar hesab olunur.
publika/az
Ardı var...

Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR
Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR
Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR
Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR
Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR
Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR
Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR
Amerika kəşfiyyatı bizi necə izləyir -FOTOLAR

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler