» » Dəhşətli qatar qəzası - 100 ölü, 200 yaralı -

Dəhşətli qatar qəzası - 100 ölü, 200 yaralı - YENİLƏNİB

Bölmə: Dünya
Dəhşətli qatar qəzası - 100 ölü, 200 yaralı -

Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. 200 yaralı var.

Faciə məqamında qatarda 500-ə yaxın sərnişin olub. Faciə sərnişinlərin əksəriyyətinin yuxuda olduğu zaman baş verib. Hadisə yerində 250 xilasedici çalışır. Xilasedicilər hələ vaqonlardan birinə daxil ola bilməyiblər. Ona görə də faciə qurbanlarının sayının artacağı istisna deyil.
****
Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 91-a çatıb.

“RİA Novosti”nin verdiyi məlumata görə, ən azı 100 nəfər yaralı var. Qəzanın dəmir yolu relsinin qırılması nəticəsində baş verdiyi ehtimal edilir.
****
Hindistanda dəhşətli qatar qəzası baş verib.

Xalqİnfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 vaqondan ibarət qatarın relsdən çıxması nəticəsində ən azı 63 nəfər ölüb, 150 insan yaralanıb.
Məlumatı Uttar Pradeş ştatının Kanpur şəhərinin baş polis inspektoru Zəki Əhməd təsdiqləyib.

Qeyd edək ki, hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında qeydə alınıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler