» » İslam Kərimovun adına fond yaradıldı

İslam Kərimovun adına fond yaradıldı

Bölmə: Dünya
İslam Kərimovun adına fond yaradıldı

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun adına xeyriyyə fondu təsis edilib.

Xalqİnfo” rus KİV-nə istinadən xəbər verir ki, fond prezidentin xanımı Tatyana Kərimova və kiçik qızı Lola Kərimova - Tillayeva tərəfindən yaradılıb. Bu barədə Lola Kərimova öz feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, fond İslam Kərimovun muzeyini yaratmağı, həmçinin ölkənin tarixi, mədəni və ədəbi irsinin ölkə daxilində və xaricdə populyarlaşdırılmasını planlaşdırır. Bundan başqa, fond müxtəlif elmi-maarifləndirmə və mədəni proqramlar həyata keçirmək niyyətindədir.

Xatırladaq ki, İslam Kərimov sentyabrın 2-də dünyasını dəyişmişdi. Ölkənin yeni prezidenti isə dekabrın 4-də seçiləcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler