`Putin və Tramp bir-birinə bənzəyir` - PeskovBölmə: Dünya
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Putin və ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın siyasi mövqelərinin bir-birinə bənzədiyini deyib. "Xalqİnfo" AzVision.az-a istinadən xəbər verir ki, Peskov Putinin “Valday Forumunda”kı çıxışı ilə Trumpın son açıqlamalarını müqayisə edib. “Tramp ABŞ-ın maraqlarının prioritet olduğunu və bunun üçün hər ölkə ilə əməkdaşlıq etməyə hazır olduğunu deyib. Putin də Rusiyanın milli maraqlarını vurğulayaraq eyni fikirləri səsləndirb. İkisinin də xarici siyasətdəki davranışı bir-birinə oxşayır”. Peskov ABŞ-la əlaqələrin dərhal ən yüksək səviyyəyə çıxarılmasının mümkünsüz olduğunu hesab edir. “Qarşılıqlı etimada əsaslanan münasibətlər uzun illər boyu formalaşır. Xüsusilə də son illər əlaqələrin yaşadığı zədələrdən sonra bu bir qədər vaxt alacaq”. D. Peskov, həmçinin Putinlə Tramp arasında görüşün olub-olmayacağı haqda sulı cavablandırıb: “Əvvəlcə Tramp yeni vəzifəsinə keçməlidir. Putin çevik siyasət yürüdür, amma bunun da bir həddi var. Dövlət başçısı ABŞ-la yaxşı münasibətin tərəfdarıdır. Bunun qarşılıqlı olub-olmayacağını görəcəyik”. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|