» » Rəqqaya hücum başladı -

Rəqqaya hücum başladı - “Fəratın qəzəbi”

Bölmə: Dünya
Rəqqaya hücum başladı -

Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rəqqa şəhərinin terrorçulardan azad olunması əməliyyatına başlanılıb.

Xalqİnfo”nun məlumatına görə, PKK-nın Suriya qolu olan YPG-nin liderliyi ilə kürd, ərəb və türkmən döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələrinin (SDG) həyata keçirdiyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya dəstək olacaq. Bu barədə “Reuter” xəbər yayıb.

Suriya Demokratik Qüvvələri Rəqqa əməliyyatı üçün bu şəhərin şimalında yerləşən Eyn İsa qəsəbəsinə bağlı bir bölgədə mətbuat konfransı keçirərək tezliklə qələbə əldə edəcəklərini bildirib.

Qey edək ki, Rəqqanın İŞİD terror təşkilatından azad olunması üçün aparılan əməliyyat “Fəratın qəzəbi” adlanır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler