» » İŞİD-ə qarşı 30 min əsgər

İŞİD-ə qarşı 30 min əsgər

Bölmə: Dünya
İŞİD-ə qarşı 30 min əsgər
Səudiyyə Ərəbistanı İraqla sərhədə 30 min əsgər yığıb. ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı hökuməti İraq Şam İslam Dövləti tərəfindən edilə biləcək hücumların qarşısını almaq üçün ölkənin şimal sərhədinin gücləndirilməsi barədə qərar çıxarıb.

Hökumət bu qərarı İraq hərbçilərinin Səudiyyə Ərəbistanı sərhədini kütləvi şəkildə tərk etdikdən sonra çıxarıb. İraq ordusu İŞİD-lə döyüşmək üçün Səudiyyə Ərəbistanı sərhədində olan əsgərləri ölkənin içərilərinə tərəf cəlb edib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Abdullah arasında telefon danışığı olub. Tərəflər İŞİD-in təhlükəsindən danışıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler