» » ““Qəbələ” Fransa klubları ilə mübarizə aparacaq gücdədir” - Baqali Dabo

““Qəbələ” Fransa klubları ilə mübarizə aparacaq gücdədir” - Baqali Dabo

Bölmə: Dünya, Idman
““Qəbələ” Fransa klubları ilə mübarizə aparacaq gücdədir” - Baqali Dabo
"Qəbələ"nin fransalı hücumçusu Baqali Dabo footmercato.net saytına müsahibə verib.

"Xalqİnfo" həmin müsahibəni təqdim edir:

- "Qəbələ"yə transferinizdən danışardınız...

- “Kretey”dəki vəziyyət məni qane etmirdi. Fransanın II Liqasından 2 təklifim var idi. Digər təklifləri isə ölkə xaricindən almışdım. Mən də "Qəbələ"yə keçməyə qərar verdim. Çünki özümü başqa ölkədə yoxlamaq istəyirdim. Komanda Avropa Liqasında çıxışetmişdi və yenə iddialı idi. “Qəbələ”yə gələndə Avropa Liqasında qrup mərhələsində vəsiqə qazanacağımızı gözləmirdim. Bu, çox çətin idi. Amma öz-özümüzə dedik ki, niyə də bütün təsnifat mərhələlərini keçməyək?

- Avropa Liqasında böyük xatirələrin var?

- Avropa Liqasında oynadığım üçün xoşbəxtəm. İlk iki mərhələdə baş məşqçi məni diqqətlə izləyirdi. III təsnifat mərhələsində “Lill”lə əlavə çətinlik hiss etdik. Ən yaxşı mühit isə “Maribor”la Sloveniyadakı görüşdə oldu. Bu oyunla bağlı xatirələrimi heç vaxt unutmayacam.

- Qəbələdə necə yaşayırsız?

- Biz Qəbələdə 5 ulduzlu oteldə qalırıq. Çempionata gəlincə, son çempion “Qarabağ” bizimlə birgə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşıb. Ötən mövsüm onlar Avropa Liqasının qrup mərhələsində çıxış etmişdilər. Bu il hədəflərini bir qədər də böyütmək istəyirdilər, amma yenə Avroliqanın qrupuna düşdülər. "Qəbələ" gücünə görə Azərbaycanda “Qarabağ”dan sonra ikinci komanda sayılır. Bu da onunla əlaqədardır ki, son illərdə bir qayda olaraq, çempionluğu "Qarabağ" qazanır.

- Komandanız Azərbaycan çempionatında hansı səviyyədə oynayır?

- Fransanın II Liqasında çıxış edən hər klubla oynaya bilər. I Liqadan isə bəzi klublarla müqayisə olunacaq gücdədir.

- Azərbaycana uyğunlaşmaq çətin olmadı?

- Azərbaycan mənə Türkiyəni xatırladır. Axı tez-tez ora gedib, gəlirəm. Odur ki, burdakı danışıq dili və yeməklər mənə qəribə gəlmir. Azərbaycanlıların danışığı bir az türk dilinə oxşayır. Bu ölkələr bir-birinə çox yaxındı.

- "Qəbələ"də uzun müddət qalmağı planlaşdırırsız?

- Klubla 2 illik müqavilə bağlamışam. Fransaya qayıtmağı planlaşdırmıram. Bundan da yuxarı səviyyəyə qalxmaq istəyirəm. Niyə də Türkiyə və ya başqa ölkələrə getməyim? Amma Fransaya qayıtmaq mənim üçün maraqlı deyil. Mən iddialıyam. Ancaq yenə də növbəti klubumun adı gələcək təkliflərdən asılıdır.(Qafqazinfo)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler