» » Aşura ərəfəsi ziyarətgaha hücum: 14 ölü, 30 yaralı

Aşura ərəfəsi ziyarətgaha hücum: 14 ölü, 30 yaralı

Bölmə: Dünya
Aşura ərəfəsi ziyarətgaha hücum: 14 ölü, 30 yaralı
Kabildə silahlıların ziyarətgaha hücumu nəticəsində 14 nəfər ölüb. "Xalqİnfo"nun “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan DİN-in açıqlamasında bildirilir.

Məlumata görə, polis formasında olan üç silahlı “Saha məqbərəsi” adlandırılan ziyarətgaha hücum edərək oradakı möminləri gülləbaran edib. Hücum zamanı silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partladıb.

Hücum zamanı rayon polis idarəsinin rəisi daxil olmaqla 30-dək şəxs yaralanıb.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler