» » "Metyu" ABŞ-da 14 can aldı

"Metyu" ABŞ-da 14 can aldı

Bölmə: Dünya
"Metyu" ABŞ-da 14 can aldı
"Metyu" qasırğası nəticəsində ABŞ-da həyatını itirənlərin sayı 14 nəfərə çatıb.

Xalqİnfo.az-ın "ABC News" telekanalına istinadən verdiyi məlumata görə, dünən Corciya ştatında 3 nəfər, Florida ştatında 4 nəfər, Şimali Karolina ştatında 3 nəfərin qasırğa qurbanı olduğu açıqlanıb.

Bu gün isə şənbə günü Florida ştatında 2 nəfər, Corciya ştatında 1 nəfər, o cümlədən Şimali Karolina ştatında 1 nəfərin də qasırğa nəticəsində öldükləri bildirilib. Hər 3 ştatda fövqəladə vəziyyət rejimi elan edilib.

Qeyd edək ki, "Metyu" qasırğası Haitidə 877 nəfərin ölümünə səbəb olub. Eyni zamanda "Metyu" qasırğası 2007-ci ildən ABŞ-ı vuran ən güclü qasırğadır. Hazırda qasırğa ABŞ-ın cənub-şərq sahilləri yaxınlığından keçir.

Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler