» » İŞİD rəhbərini İsrail yetişdirib -

İŞİD rəhbərini İsrail yetişdirib - İrandan iddia

Bölmə: Dünya, BLOK XƏBƏR
İŞİD rəhbərini İsrail yetişdirib -
"İŞİD-in təşkilində məqsəd şiə və sünni müsəlmanlar arasında hərc-mərclik və qorxu hissi yaratmaq olub".

Axar.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatlı hərbi şəxs danışıb. Onun sözlərinə görə, İŞİD barədə təsvirlərin yayılması üçün səhnə arxasında bəzi fiqurlar fəaliyyət göstərirlər.

Hərbi məsul şəxs bildirib ki, İŞİD başçısı Əbu Bəkr əl-Bağdadi iki il Mossadın nəzarəti altında kəşfiyyat və hərbi təlimlər görüb. O, İŞİD-in ABŞ və İsrailin yardımı və Ərəbistanın maliyyə dəstəyi ilə formalaşdığını bildirib. O, əlavə edib ki, İŞİD-in əsas hədəflərindən biri İslamın vəhşi imicini yaratmaqdır.

Hərbi məsul şəxs bildirib ki, Amerika İraq və Suriyadakı mövcud şəraitdən maksimum istifadə edir və əsla İŞİD-ə qarşı hərbi hərəkətə keçməyəcəkdir.
- See more at: http://axar.az/news/22051#sthash.wzgLIWzh.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler