» » Həbsxanadan 200 məhbus qaçdı

Həbsxanadan 200 məhbus qaçdı

Bölmə: Dünya
Həbsxanadan 200 məhbus qaçdı
Braziliyada həbsxanadan azı 200 məhbus qaçıb.

"Xalqİnfo" “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Jardinopolis şəhərindəki həbsxanada qiyam qaldıran məhbuslar, dörd metrlik divarı uçuraraq cəzaçəkmə müəssisəsindən qaçıblar.

İnsident zamanı məhbuslara atəş açmış keşikçilər hazırda qaçmış məhbusların axtarışı ilə məşğuldurlar.

Məlumata görə, bir neçə məhbus magistral yolda saxlanılıb, bir nəfər qaçmağa cəhd edərkən öldürülüb.

Həbsxanada məhbusların sayının normadan çox olması qiyama səbəb olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler