» » Ölüm ayağında olan azarkeşin son arzusu yerinə yetdi - FOTO

Ölüm ayağında olan azarkeşin son arzusu yerinə yetdi - FOTO

Bölmə: Dünya, Idman
Ölüm ayağında olan azarkeşin son arzusu yerinə yetdi - FOTO
İngiltərə "Mançester Yunayted"inin futbolçuları komandanın ölümcül xəstə fanatının son istəyini yerinə yetiriblər.

Xalqİnfo.az bildirir ki, Milli.Az report-a istinadən xəbər verir ki, Markus Raşford, Cessi Linqard, Eşli Yanq və Timoti Fosu-Mensa ömrünün son saatlarını yaşayan xəstə azarkeşi ziyarət ediblər.

73 yaşında xərçəng xəstəliyindən əziyyət çəkən Paddi Loulerə bu sürprizi onun nəvəsi hazırlayıb. 27 yaşlı Kayla Louler bunları bildirib: "Mən ondan ölümündən əvvəlki arzusunu soruşdum. O isə mənə sevimli komandası olan "Mançester Yunayted"in futbolçuları ilə görüşmək istədiyini dedi. Sosial şəbəkə vasitəsilə kluba müraciət etdik. Futbolçular isə yarım saata gəlib azarkeşi gördülər, onunla şəkil çəkdirdilər və avtoqraf verdilər, ölüm ayağında olan babama baş çəkdilər. Bu, olduqca fədakar bir addım idi".

Futbolçular ölüm ayağında olan Paddi Loulerin evini tərk etdikdən 45 dəqiqə sonra xəstə azarkeş dünyasını dəyişib. O, 4 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Şəfa Tapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler