» » Türkiyə qırıcıları İraqa daxil oldu

Türkiyə qırıcıları İraqa daxil oldu

Bölmə: Dünya, BLOK XƏBƏR
Türkiyə qırıcıları İraqa daxil oldu
Türk qırıcıları İraqın Mosul şəhərinə kəşfiyyat uçuşları edib.
ans press-in məlumatına görə, kəşfiyyat qüvvələrinin verdiyi xəbərdə bildirilir ki, “Təcili” kodu ilə havalanan F-16 qırıcıları bölgəni izləmək məqsədi ilə Mosula hərəkət edib.

Mosulda türk konsulluğunu zəbt edib işçiləri girov götürən İŞİD qüvvələri türk qırıcıları tərəfindən tez-tez izlənilir.

Digər yayılan xəbərdə bildirilir ki, kəşfiyyat məlumatları toplamaq üçün Baş qərərgahdan bölgəyə 8 ədəd F-16 qırıcısı göndərilib. Məqsəd İŞİD nəzarətində olan bölgələrə kəşfiyyat uçuşu etmək olub. Təqribən 3 saat sürən uçuşdan və kəşfiyyat məlumatları toplandıqdan sonra qırıcılar heç bir problem yaşamadan bazaya dönüb.

Kəşfiyyat uçuşlarının İraq və ABŞ səlahiyyətliləriylə koordinasiyalı olaraq reallaşdırıldığı bildirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler